İspaniya mətbuatı: Messi “Barselona”dan ayrılır

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi komandadan ayrılmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu ilə müqaviləsi gələn mövsüm bitəcək argentinalı futbolçu yayda “Barselona”nı tərk edə bilər.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Barselona”nın Messi ilə yeni müqavilə imzalamaq niyyətində olduğu bildirilsə də, hücumçu komandadan ayrılmaq qərarına gəlib.

Messinin PSJ-nin hücumçusu Neymarın komandaya qayıdacağı halda “Barselona”da qala biləcəyi deyilir. 2005-ci ildən “Barselona”nın şərəfini qoruyan Messinin müqaviləsi gələn ilin iyununda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right