Super Liqa klubu 9 futbolçuyla yollarını ayırdı Koronavirusa görə

“Sion”un prezidenti Kristian Konstantin maliyyə məsələlərinə görə 9 futbolçunun müqaviləsini tək tərəfli ləğv edib.

Newsport.az-ın məlumatına görə, bu barədə İsveçrə klubunun rəsmi məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ermir Lenyani, Xavyer Kouassi, Maykl Fakkinetti, Birama Ndoye, Yohan Djuru, Paytim Kasami, Seydu Dumbiya, Kristian Zok və Aleksandre Sonqun müqavilələrinə xitam verilib.

“Sion”un bu oyunçularla müqaviləni koronavirus pandemiyasına görə ləğv edib. Onlar maaşlarının azaldılması barədə klub rəhbərliyinin təklifini qəbul etmədikləri üçün qovulublar. Komandada qalmaq istəyənlər isə məvaciblərində endirimə razı olmalıdılar".

İsveçrə Futbol Federasiyası Super Liqa təmsilçisinin belə davranışını qınayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right