"Barselona" braziliyalı hücumçu transfer etdi

"Barselona" Braziliya "San-Paulu"sunun futbolçusu Qustavo Mayanın keçidini həll edib.

Newsport.az-ın məlumatına görə, kataloniyalılar 19 yaşlı hücumçunun transferi üçün Cənubi Amerika təmsilçisi ilə anlaşıb.

"San-Paulu" rəhbərliyi bildirib ki, artıq qarşı tərəfdən 1 milyon avro alınıb. Yerdə qalan 3,5 milyon avronun isə cari mövsümün sonunda hesaba köçürüləcəyi bildirilib.

Gənc forvardla 2 illik müqavilə imzalanacağı gözlənilir. Qustavo Maya bu mövsüm gənclər arasında San-Paulu kubokunda meydana çıxdığı 7 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right