Prezidentdən "Real"ın futbolçusuna sərt sözlər: "Evdən çıxsa, həbs ediləcək"

"Real"ın hücumçusu Luka Yoviçin İspaniyadakı karantindən qaçıb, Serbiyaya yollanmağı böyük söz-söhbətə səbəb olub.

Newsport.az-ın məlumatına görə, Serbiyanın baş naziri Ana Brnabiç futbolçunu sərt tənqid edib: "Pis örnəyi ilə seçilən tanınmış futbolçularımız var. Milyonlar qazanırlar, amma məsuliyyətsiz şəkildə evlərinə gəlməyə tələsirlər.

Ölkə prezidenti Aleksandr Vuçiç daha sərt danışıb: "Yoviç evini tərk etsə, həbs ediləcək. Fikrimcə, hərəkətinə görə peşmandır. Bizim insanlarımız onun qazandığı milyonlardan daha önəmli olduğunu Yoviçə açıq şəkildə öyrədəcəm".

22 yaşlı hücumçu sevgilisi Sofiya Miloşeviçin ad gününü qeyd etmək üçün Serbiyaya gedib. Yoviç vəziyyətlə bağlı açıqlama verib:

"İspaniyadakı testim neqativ çıxmışdı. Ölkəmdə də mənfi cavab oldu. Serbiyaya qayıdıb, ailəmin yanında olub, onlara dəstək olmaq istədim. İspaniyada marketə və aptekə gedə bilirdim, amma burda icazə vermirlər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right