"Milan" onu satır

"Milan"ın qapıçısı Canluici Donnaruma yayda komandanı tərk etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, İtaliya təmsilçisi 21 yaşlı qolkiperlə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür. Klub Donnarummanın transferindən yüksək gəlir əldə edib, komandaya yeni futbolçular cəlb etməyi planlaşdırır.

Bildirilir ki, "Milan"  "Napoli"in qapıçısı Aleks Meret və "Udineze"nin qolkiperi Xuan Musso ilə maraqlanır.

Qeyd edək ki, C.Donnaruma 2015-ci ildən "Milan"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right