Rakitiç "Sevilya"ya qayıdır?

"Barselona"nın futbolçusu İvan Rakitiç yayda "Sevilya"ya qayıda bilər.

Newsport.az-ın məlumatına görə, xorvat yarımmüdafiəçi sabiq klubuna dönməyi karyerası üçün ən uyğun variant hesab edir.

"Sevilya" Kataloniya təmsilçisinə 32 yaşlı oyunçu ilə maraqlandığını bildirib. Artıq Rakitiçin meneceri ilə danışıqlar aparıldığı vurğulanıb.

Qeyd edək ki, Rakitiç 2011-2014-cü illərdə "Sevilya"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right