"Yuventus" 70 milyon avroluq təklifi rədd etdi

"Yuventus" futbolçusu Paulo Dibala üçün PSJ-nin göndərdiyi təklifi rədd edib.

Newsport.az-ın məlumatına görə, Paris klubu 26 yaşlı hücumçu üçün 70 milyon avroluq təklif göndərib. Ancaq Turin təmsilçisi bu məbləği az hesab etdiyi üçün müsbət cavablandırmayıb.

Qeyd edək ki, Dibala bu mövsüm 34 matçda 13 qol vurub, 12 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right