"Milan"ın futbolçusuna şok cəza

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ın futbolçusu Rafael Lyeaonu sabiq klubu "Sportinq"ə 16.5 milyon avro ödəməsi ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, buna səbəb 20 yaşlı hücumçunun 2018-ci ildə "Lill"ə keçərkən Portuqaliya təmsilçisi ilə müqaviləni təktərəfli ləğv etməsi səbəb olub. "Sportinq" 2019-cu ildən "Milan"da çıxış edən futbolçudan 45 milyon avro tələb etsə də, məhkəmə Rafael Lyeaonu 16.5 milyon avro məbləğində cəzalandırıb.

2018-ci ilin mayında "Sportinq" azarkeşləri klubun bazasına daxil olaraq futbolçuları döymüşdülər. Lyeao və bir sıra oyunçu bu hadisədən sonra komandanı tərk etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right