"Borussiya"nın futbolçuları koronavirusa görə maaşlarının bir hissəsindən imtina etdi

Koronavirus pandemiyasına görə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçuları fədakarlıq ediblər.

 

Newsport.az-ın məlumatına görə, klubun idman direktoru Maks Eberl futbolçuların maaşlarından imtina etməyə hazır olduqlarını deyib:

 

"Mən bu oğlanlarla qürur duyuram. Hamımız yaxşı və pis günlərdə birgəyik. Futbolçular "Borussiya"ya borclarını vermək istəyir. Almaniyada ilk klubuq ki, futbolçular maaşlarında endirimə razı oldu".

 

Futbolçuların bu addımı ilə klub 1 milyon avro qənaət edib. Bu şəkildə "Borussiya" klubda çalışan digər işçilərin məvacibini ödəyə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right