"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi

“Atalanta” "Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.

 

Newsport.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 15 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Paşaliç 2018-ci ildən “Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right