"Tottenhem"in futbolçusunun evi soyulub

"Tottenhem"in müdafiəçisi Yan Vertongenin evi soyulub.

 

Newsport.az-ın məlumatına görə, hadisə martın 10-u, "Tottenhem"in Çempionlar Liqasında Almaniyada "Leyptsiq"lə keçirdiyi oyun zamanı baş verib.

 

Dörd nəfərlik dəstə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olan evə daxil olublar. Onlar belçikalı oyunçunun ailəsini bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Quldurlar futbolçunun ailəsinə xəsarət yetirməyib.

 

Britaniya polisi araşdırma araşdırma aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right