"Slovan"ın Ramil Şeydayev planı

Çex Respublikasının “Slovan” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi heyətinə cəlb etməkdə israrlıdır.

Newsport.az-ın məlumatına görə, Liberets təmsilçisinin "Sabah"ın oyunçusuna edəcəyi təklifin detalları müəyyənləşib.

Bakı klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan 24 yaşlı forvarda çexlər yayda 2 illik müqavilə təklif etməyi planlaşdırırlar. "Slovan"ın məşqçilər korpusu Şeydayevin oyununa son dəfə canlı baxmaq üçün milli komandamızın mayın 26-da Antalyada Türkiyə ilə keçirəcəyi yoxlama görüşünü tribunadan izləyəcək.

Ramil Şeydayev qış fasiləsində Moskva "Dinamo"sundan ayrılaraq "Sabah"a keçib (apasport.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right