Koronavirusa yoluxan Ruqanidən açıqlama “Hər kəs təhlükədədir”

Koronovirusa yoluxan “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə açıqlama verib.

Newsport.az xəbər verir ki, testləri müsbət çıxan italiyalı futbolçu sosial şəbəkə hesabında sağlamlığının təhlükədə olmadığını bildirib:

“Xəbərləri oxudunuz, bəli, koronavirusa yoluxmuşam. Mənim üçün narahat olanlara səslənmək istəyirəm: vəziyyətim yaxşıdır. Epidemiya fərq qoymadan hər kəs üçün təhlükə yaradır. Hər kəsi sevdiklərini, ətrafında olanları və özünü düşünməyə çağırıram”.

Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right