Avroliqada 1/8 finala start verilir Yenilənir

Avroliqada 1/8 final mərhələsinə start verilir. Newsport.az xəbər verir ki, bu gün 6 qarşılaşma keçiriləcək.
 
Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edəcək. “Mançester Yunayted” Avstriyada LASK-la ,“Olimpiakos” evdə “Vulverhempton”la qarşılaşacaq.
 
Eyni zamanda “Ayntraxt” “Bazel”i, “Volfsburq” “Şaxtyor”u qonaq edəcək. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gələcək.
 
"İnter" - "Xetafe" və "Sevilya" - "Roma" görüşləri isə koronavirus epidemiyasının İtaliyada yayılması ucbatından təxirə salınıb.
 
Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.
 
Avroliqa, 1/8 final, ilk oyunlar
 
 
21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə)
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium
 
21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu
 
21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium
 
00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)
Baş hakim: Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu
 
00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu
 
00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right