Maykl Essyen Aftandil Hacıyevi sevindirdi

Premyer Liqanın 19-cu turunda “Neftçi” ilə qarşılaşmada zədələnən “Səbail”in ulduz futbolçusu Maykl Essyen məşqlərə başlayıb.

 

Newsport.az-ın məlumatına görə, 37 yaşlı qanalı yarımmüdafiəçi zədəsini sağaldıb. Onun 21-ci turda "Sumqayıt"la matçda oynayıb-oynamayacağına komandanın baş məşqçisi Aftandil Hacıyev qərar verəcək.

 

Essyen bu mövsüm Premyer Liqada 10 oyun keçirib. Təcrübəli futbolçu qış fasiləsindən sonra əsas heyətdə meydana çıxır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right