"Arsenal" - "Mançester Siti" oyunu təxirə salındı futbolçular koronavirusa yoluxan prezidentlə təmasda olub

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilməsi planlaşdırılan "Mançester Siti” - "Arsenal” oyunu baş tutmayacaq.

Newsport.az-ın məlumatına görə, buna səbəb "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Evangelos Marinakisin koronavirusa yoluxmasıdır. "Arsenal" 2 həftə əvvəl "Olimpiakos"la qarşılaşıb. Bu səbəbdən də oyunun təxirə salınmasına qərar verilib.

"Arsenal" klubu bəzi futbolçuların "Olimpiakos"un prezidenti ilə görüşdüyünü və həmin oyunçuların 14 gün evdən çölə çıxmayacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right