Robinyo Braziliyaya qayıdacaq

Braziliya millisinin sabiq üzvü Robinyo mövsümün sonunda "Başakşəhər"dən ayrılacaq.

 

Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli oyunçu "Santos"a keçməyə razılıq verib.

 

Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq.

 

Robinyo bu mövsüm "Başakşəhər"də 17 oyun keçirib. O, bu qarşılaşmalar qol və assistlə yadda qalmayıb. Braziliyalı futbolçu "Santos"un yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right