Asmir Beqoviç yığmaya qayıtdı

Mövsümün ilk yarısını "Qarabağ"da keçirən, hazırda isə İtaliyanın "Milan" klubunda icarə əsasında oynayan Asmir Beqoviç Bosniya və Herseqovina yığmasına dəvət alıb.

 

Newsport.az-ın məlumatına görə, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperi milliyə qaytarıb.

 

Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Herseqovina yığmasında oyun keçirib. Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.

 

Azərbaycan çempionu "Qarabağ" mövsümün əvvəlində Beqoviçi "Bornmut"dan 4 aylıq icarəyə götürmüşdü. O, Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb. Qolkiper yeni klubu "Milan"da 2 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right