"Liverpul"a görə "Mançester Yunayted"in təklifini 1 saniyə də düşünmədim"

Qış fasiləsində "Yuventus"dan Dortmund "Borussiya"sına keçən Əmrə Can transferi ilə bağlı açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, Almaniya millisinin üzvü transfer dönəmində "Mançester Yunayted"ə keçməkdən imtina etdiyini deyib:

 

"Borussiya"dan təklif gələndə çox düşünmədim. Qərarımdan peşman deyiləm. İngiltərədən 3 klub təklif göndərmişdi. "Mançester Yunayted" də məni istəyən klublar arasında idi. Ancaq mən "Liverpul"luyam, bunu qəbul etməyi 1 saniyə də düşünmədim".

 

26 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisində 7 oyun keçirib, 1 qol vurub. Türk əsilli oyunçu 2014-2018-ci illərdə "Liverpul"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right