PSJ - "Borussiya" oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ - "Borussiya" (Dortmund) oyunu azarkeşsiz keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, buna səbəb koronovirusun sürətlə yayılmasıdır. Bu səbəbdən Parisdəki "Park de Prens"də keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

Qarşılaşma martın 11-i baş tutacaq. İlk görüşdə Dortmund klubu 2:1 hesablı qələbə əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right