Nazirlik A Seriyasının dayandırılmasını tələb etdi

İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Newsport.az-ın məlumatına görə, bu barədə “Sky Sport İtalia” məumat yayıb. Ölkədə yayılan koronavirus epidemiyasına görə nazirlik bu tələbi edib.

Bu səbəbdən A seriyasının 26-cı turunun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan “Parma” – SPAL oyununda futbolçular meydana çıxandan sonra yenidən soyunub-geyinmə otağına qayıdıblar.

Lakin görüş Bakı vaxtı ilə saat 16:45-də yenidən başlayıb. Hazırda matçın 2-ci hissəsi gedir. Nazirliyin tələbinə baxmayaraq, turun digər iki oyunu da başlayıb.

İtaliya Futbol Federasiyasının martın 10-da növbədənkənar iclas keçirəcəyi və A Seriyasının dayandırılıb-dayandırılmaması haqda qərar verəcəyi bildirilir.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada aprelin 3-dək bütün idman yarışları azarkeşsiz keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right