Məhkəmə Ronaldinyoya hökm oxudu Həbsi uzadıldı

Paraqvayda Braziliya millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Ronaldinyo və onun qardaşı Roberto de Assis Moreyra barədə məhkəmə hökmü çıxarılıb.

Newsport.az-ın məlumatına görə, saxta sənədlərin düzəldilməsində ittiham olunan futbolçu barədə 6 aylıq həbs qərarı verilib. Bu müddətdə istintaq aparılacaq.

Məhkəmə həbsin ev dustaqlığı ilə əvəzləməsi barədə vəsatəti təmin etməyib. Hakimlər bildiriblər ki, belə bir hökm çıxarılsa, qardaşlar vətənlərinə qaça, Braziliya isə onları geri qaytarmaya bilər.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvay aeroportunda saxta pasport təqdim edərkən saxlanılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right