Qrizmanın anasını söydü, Pikeni təhqir etdi

“Barselona”da komanda daxilində olan problemlər bitmək bilmir. Newsport.az xəbər verir ki, bu dəfə futbolçularla köməkçi məşqç Eder Sarabiya arasında gərginlik yaşanıb. 

Belə ki, Kike Setyenin yardımçısı “Real”la matçın gedişində futbolçuları təhqir edib. O, Antuan Qrizmanın anasını söyüb. Həmçinin Eder Jerar Pikeni, Ter-Ştegeni, Arturu, Vidalı, Nelson Semedonu, “Real”ın hücumçusu Kərim Benzemanı təhqir edib. Bütün bunlar isə kameralara düşüb. 

Qarşılaşmadan sonra katalonların ulduzu Lionel Messi Setyenə bu barədə etirazını bildirib. 

“Marca”nın məlumatına görə, Kike Setyen bu gün köməkçinin hərəkətlərinə görə üzr istəyib: “Biz onunla danışdıq. Problemi həll etməyə çalışırıq. Eder hər zaman bu məsələ üzərində işləyir və özünü daha yaxşı idarə etməyə çalışır. Məşqçilərimiz baş verənlərə görə hər kəsdən üzr istəyib. İstənilən halda mənim səhvimdir və gərək onu nəzarətdə saxlayım. Belə hallar əvvəl də baş verib. Sarabiya emosional adamdır, lakin bu ona haqq vermir ki, kimisə təhqir etsin”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right