Türkiyə millisi üçün şok itki

Türkiyə millisinin hücumçusu Cenk Tosun dizindən zədələnib. Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçunun durmunun ciddi olduğu bildirilib.

Yanvarda “Everton”dan “Kristal Pelas”a keçən Cenk zədə səbəbindən 7 ay meydanlardan uzaq qalacaq. Onun AVRO-2020-ni də buraxacağı ehtimal olunur. Tosun bu mövsüm Premyer Liqada 10 oyun keçirib və 2 qol burub.

Qeyd edək ki, “Yuventus”da forma geyinən Merih Demiralın da zədə səbəbindən Avropa çempionatında çıxış etməyəcəyi gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right