"Reşford İngiltərə kubokunun finalınadək sağala bilər"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Markus Reşfordun durumu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis 22 yaşlı hücumçunun Avroliqaya və İngiltərə kubokunun finalınadək sağalacağını deyib:

"Reşfordun vəziyyəti yaxşıya doğru dəyişir. Biz nəyisə məcburən bərpa edə  bilmərik. Yəqin ki, bir-iki aydan sonra onu meydanda görəcəyik. O, hazır olanda daha da güclənəcək. Markus həmişə- oyundan əvvəl və fasilədə paltardəyişmə otağında bizimlədir. Komanda yoldaşlarının yaxşı çıxış etməsini istəyir. O, Avropa Liqasına və İngilətə Kubokunun finalınadək qayıda bilər".

Qeyd edək ki, M.Reşford İngiltərə kubokunun 1/32 finalının cavab matçları çərçivəsində "Vulverhempton"la görüşdə (1:0) zədələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right