Alleqri yenidən "Yuventus"da?

Massimiliano Alleqri yenidən "Yuventus"a rəhbərlik edə bilər.

Newsport.az-ın məlumatına görə, Turin klubu hazırkı çalışdırıcı Mourisio Sarrinin fəaliyyətindən razı deyil. Əgər komanda Çempionlar Liqasında mübarizəni dayandırarsa və A Seriyasının 26-cı turunda "İnter"ə məğlub olarsa, baş məşqçinin istefaya göndərilmə ehtimalı var.

Bu baş verəcəyi təqdirdə klub rəhbərliyi vəzifəyə Massimiliano Alleqrini gətirərək mövsümün sonunadək onun xidmətindən yararlanmağı, yayda isə "Mançester Siti"dən ayrılacağı gözlənilən Xosep Qvardiola ilə müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, "Yuventus" M.Alleqrinin rəhbərliyi altında 5 dəfə ölkə çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right