Sulşer şəxsi skautunu Florensiyaya göndərdi

"Mançester Yunayted" yayda heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Newsport.az-ın məlumatına görə, baş məçqçi Ole Qunnar Sulşer "Fiorentina"nın oyunçusu Federiko Kyezanı komandaya gətirmək niyyətindədir.

Sulşerin şəxsi skautu artıq Florensiyaya gedərək 25-ci turda "Milan"la matçda (1:1)  22 yaşlı hücumçunu izləyib.

İngiltərə təmsilçisi futbolçunu transfer edəcəyi təqdirdə 60 milyon funt sterlinq ödəməli olacaq.

Qeyd edək ki, F.Kyeza bu mövsüm 22 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right