"Bavariya" azarkeşlərə yaxınlaşmağa qadağa qoydu

"Bavariya" futbolçularına azarkeşlərlə şəkil, selfi çəkdirməyi və avtoqraf verməyi qadağan edib.

Newsport.az-ın məlumatına görə, buna səbəb koronavirus təhlükəsidir. Münhen təmsilçisi oyunçulara azarkeşlərdən virus keçməsindən ehtiyatlanır.

Klub rəhbərliyi qərarın azarkeşlər tərəfindən anlayışla qarşılayacağına ümid edir.

Qeyd edək ki, bundan əvvəl İngiltərənin "Nyukasl" klubun baş məşqçisi qorunmaq məqsədi ilə futbolçularla texniki heyətin əl ilə görüşməsinə qadağa qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right