“Avro-2020”nin vaxtı dəyişəcəkmi? UEFA-dan açıqlama

UEFA İtaliyada yayılmış koronavirusa görə “Avro-2020”nin vaxtını dəyişməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, yarışın açılış mərasimi iyunun 12-də Romada olacaq.

“Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik. İndi planlaşdırılmış vaxtda nəyisə dəyişməyin mənası yoxdur. Amma biz bu məsələni diqqətlə izləyirik” – deyə məlumatda bildirilib.

Xatırladaq ki, “Avro-2020”nin oyunları 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right