Dibala maaşının artırılmasını tələb edir

“Yuventus"un hücumçusu Paulo Dibala komandası ilə müqaviləsini yeniləmək üçün şərtlərini irəli sürüb. Newsport.az xəbər verir ki, argentinalı oyunçu maaşının artırılmasını tələb edib.

İtaliya mətbuatı yazır ki, 26 yaşlı forvard "Yuventus"dan illik 12 milyon avro tələb edir. Ancaq Turin klubu ona 9 milyon avro təklif edib. Buna görə yeni müqavilə ilə bağlı danışıqlar hələ nəticələnməyib.

Qeyd edək ki, Dibalanın "Yuventus"la 2023-cü ilə qədər sözləşməsi var.            





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right