“ÇL və AL oyunları təxirə salına bilər” UEFA-nın vitse-prezidenti

Koronavirus Avropa çempionatına, Çempionlar Liqasına və Avropa Liqasına təsir edə bilər. Newsport.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın vitse-prezidenti Mixail Uva verib.

O bildirib ki, hazırda ölkələrdə monitorinqlər aparılır: “Avropa çempionatına qədər biz monitorinqləri davam etdirəcəyik. Əgər hər hansı şəhərdə problem olsa, onu dəyişə bilərik. Ola bilər ki, Avropa çempionatının təşkilatçı ölkələrindən hansısa bizə təhlükəsizlik təminatı verməsin. Bu zaman həmim şəhəri dəyişəcəyik”.

Uva qeyd edib ki, koronavirus geniş vüsət alarsa, Çempionlar Liqası və Avropa Liqası oyunları təxirə gedə bilər: “Biz bu barədə hər gün məlumat əldə edirik. Əgər hər hansı təhlükə ortaya çıxarsa, ÇL və AL oyunları təxirə salına bilər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right