"Real"la müqaviləm uzadılacaq" - Ramos

“Real”ın kapitanı Serxio Ramos Madrid klubundakı gələcəyi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı ispaniyalı müdafiəçi komanda ilə yeni müqavilə imzalayacağını bildirib:

“Son zamanlar mətbuat haqqımda çox yazır. Ancaq mənim “Real”la gözəl münasibətim var. Əminəm ki, klubla müqaviləm uzadılacaq. Ancaq indi əsas diqqətimizi La Liqa və Çempionlar Liqası oyunlarına yönəltməliyik”.

Qeyd edək ki, Ramos “Real”a 2005-ci ildə “Sevilya”dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right