Millinin baş məşqçisi ilə yeni müqavilə

İsveçrə Futbol Federasiyası yığmanın baş məşqçisi Vladimir Pektoviçlə müqaviləni uzadıb.

Newsport.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti DÇ-2022-nin sonuna kimi nəzərdə tutulub. Lakin İsveçrə millisi mundiala vəsiqə qazana bilməsə, müqaviləyə erkən xitam verilməsinə dair ilkin razılıq da əldə olunub.

Xatırladaq ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında Avro-2016-nın, DÇ-2018-in iştirakçısı olub. İsveçrə millisi Avro-2020-nin də final mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right