Koronavirusa görə A Seriyasında 3 oyun təxirə salındı

İtaliya A Seriyasında bu gün keçirilməsi planlaşdırılan 3 oyun təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna Lombardiya və Veneto regionlarında koronavirusun yayılması səbəb olub. Baş nazir Cüzeppe Konte həmin bölgələrdə idman yarışlarının təxirə salındığını açıqlayıb.

Bu səbəbdən A Seriyasında "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları, B Seriyasında isə  "Askoli" - "Kromeneze" görüşü təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right