Almeydadan vacib qələbə qolu

Millimizin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu  Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.

Newsport.az xəbər verir ki, komanda  "Şabab Əl-Əhli" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 45+2-ci dəqiqədə Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qolu olub

 

Bu qələbə ilə "Baniyas" yarımfinala yüksəlib.

Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right