Del Pyero "Yuventus"da Qvardiolanı arzulayır

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilə bağlı açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 45 yaşlı veteran oyunçu ispan mütəxəssisi keçmiş komandası "Yuventus"da görmək istədiyini açıqlayıb.

 

"Qvardiola İspaniya, Almaniya və İngiltərədə titullar qazandı. Hesab edirəm ki, sırada İtaliya və Fransa var. Pepi İtaliyada görmək çox maraqlı olar. Futbol bu il çox maraqlı və qaynar keçəcək".

 

"Mançester Siti"nin UEFA-dan 2 illik cəza almasından sonra Qvardiolanın klubdan ayrılacağı iddiaları var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah