Maradona oyun vaxtı narkotik maddə qəbul edir?

“Ximnasiya”nın baş məşqçisi Dieqo Maradona Argentina çempionatının 20-ci turunda “Rosario Sentral” ilə oyun zamanı şübhəli hərəkəti ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, oyun vaxtı köməkçilərindən biri ona naməlum maddə gətirib. Bundan sonra Maradonanın digər köməkçiləri kamera qarşısına keçib və baş məşqçinin nə etdiyini gizlədiblər.

Maradonaya verilən maddənin nə olduğu isə məlum deyil. Argentinalı mütəxəssis futbolçu olan zaman dəfələrlə narkotik maddə qəbul edib. Bu səbəbdən də Maradonanın oyun zamanı qəbul etdiyi maddənin narkotik olduğu ehtimal olunur.

“Ximnasiya” – “Rosario Sentral” matçı qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right