"Qalatasaray"da derbi öncəsi ciddi itki

Türkiyə Super Liqasının 22-ci turunda "Yeni Malatyaspor"u 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, matçın 90-cı dəqiqəsində zədələnən "sarı-qırmızılar"ın yarımmüdafiəçisi Mario Leminanın ən azı 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

26 yaşlı qabonlu yarımmüdafiəçi bu mövsüm İstanbul klubunda 23 oyunda 1 qol vurub.

"Qalatasaray" Super Liqanın növbəti turunda əzəli rəqibi "Fənərbaxça" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right