Sondan "Tottenhem"ə üzücü xəbər

Premyer Liqanın 26-cı turunda "Aston Villa" ilə matçda zədələnən "Tottenhem"in hücumçusu Son Hın-Min əməliyyat olunacaq.

 

Newsport.az-ın məlumatına görə, cənubi koreyalı futbolçu sağ əlindəki sınığa görə bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Son Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"lə matçda meydana çıxmayacaq.

 

27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub, 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right