Yurgen Klopp İtaliyada çempionluğunu arzuladığı komandanı açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya A Seriyasında bu mövsüm çempionluğunu istədiyi komandanı açıqlayıb.

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis "Latsio"nu favorit hesab edib:

"Latsio"nu xüsusi qeyd edərdim. Bu komandada sabiq futbolçumuz Lukas Leyva çıxış edir. Çiro İmmobile "Borussiya"da rəhbərliyim altında oynayıb. Buna görə də "Latsio"nu dəstəkləyirəm. Maurisio Sarri üçün üzülürəm, amma İtaliyada mövsümün komandası "Latsio"dur".

A Seriyada 24 turdan sonra "Yuventus" 57 xalla liderdir. 56 xalı olan "Latsio" 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right