"Kristal Pelas"ın Sörlott peşmanlığı

Trabzonspor"da qollarını sıralayan Aleksander Sörlott müqavilə ilə məxsus olduğu "Kristal Pelas"ı peşman edib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi norveçli hücumçunun müqaviləsinə 6 milyon avroluq satın alma şərti qoymasından peşmandır. Premyer Liqa klubu bombardiri daha baha qiymətə satmaq fürsətini əldən verdiyi üçün üzülüb.

"Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 2 illik icarəyə götürüb. "Bordo-mavililər" 24 yaşlı hücumçunu 6 milyon avro ödəyib, birdəfəlik transfer edəcək.

Sörlott Super Liqada 21 oyunda 17 qol vurub, 6 assist edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah