"Mançester Siti"nin çempionluğu "Liverpul"a verilə bilər

UEFA-dan 2 illik cəza alan "Mançester Siti"nin 2013/14 mövsümündə İngiltərə Premyer Liqasındakı çempionluğu alına bilər.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər" 2012-2016-cı illərdə saxta sponsor anlaşmaları ilə UEFA-nın Maliyyə Feyr-Pley qaydalarını pozub. Bu səbəbədən Premyer Liqa rəhbərliyi UEFA-nın raportlarını istəyib.

Cəzaya səbəb olan 4 illik müddətdə "şəhərlilər" 1 dəfə İngiltərə çempionu olub. Buna görə də komandanın çempionluğunun əlindən alınacağı ehtimalları artıb. Məlumata görə, komandanın bir neçə xalı silinəcək.

Həmin mövsüm "Mançester Siti" "Liverpul"u 2 xal tamamlayaraq, çempion olmuşdu. Əgər Mançester təmsilçisinin 3 xalı silinsə, həmin mövsümün qalibi "Liverpul" elan olunacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah