"Dinamo" Reynaldonu təqdim etdi

"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Gürcüstanın "Dinamo" klubuna transfer olub.

 

Newsport.az-ın məlumatına görə, Batumi təmsilçisi 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

 

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo Qazaxıstan təmsilçisi "İrtış"la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right