Renat Dadaşov Avropanın aparıcı klublarından birinə keçəcək?

Britaniya mətbuatı (Theatletic.com) “Vulverhempton”un U-23 komandasının oyunçuları barədə yazı dərc edib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun da çıxış etdiyi komandanın üzvlərinin gələcəkdə Avropanın aparıcı liqalarında çıxış edəcəyi qeyd edilib:

 

“Vulverhempton"un aşağı yaş qruplarında çoxlu istedadlı oyunçu var. Onların bəziləri Avropanın aparıcı liqalarında çıxış edə bilərlər. Qısa vaxtda PSJ, “Bayern” kimi komandalar bu oyunçuları ala bilər”.

 

Renat Dadaşov mövsümün ilk yarısını Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib. 20 yaşlı hücumçu "Vulverhempton"un U-23 komandasında 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right