“Qarabağ”la oyunda geyindiyi formanı muzeyə bağışladı

APOEL-in müdafiəçisi Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri oyunda geyindiyi formanı klubun muzeyinə bağışlayıb.

 

Newsport.az xəbər verir ki, 34 yaşlı yunan müdafiəçi buna görə qürurlu olduğunu deyib:

 

“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.

 

Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Kipr klubu "Sevilya" ilə birgə mərhələ adlamağı bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right