"Mən belə oyunçunu itirmək istəyərəm? Əlbətdə, xeyr!"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın forvardı Məhəmməd Salahın 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qatılacağına dair qərar vermədiyini söyləyib.

Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis onlara bu barədə heç bir müraciət gəlmədəyini bildirib:

“Mövsüm öncəsi təlim-məşq toplanışı zamanı oyunçunu itirmək istəyərəm? Əlbətdə, xeyr. Düzdür, fərqli ssenariləri nəzərdən keçirməliyik. Bu barədə bizə daha çox məlumat verilməlidir.

Məsələn, hazırlıq nə vaxt başlayacaq? Oyunçu nə zaman dönəcək? Bu məsələ ilə bağlı hələ heç kim bizimlə əlaqə qurmayıb. Buna görə də Salahın Olimpiadaya getməsi ilə bağlı hələ qərar verilməyib”.

Misir komandasının baş məşqçisi Şavki Garib 27 yaşlı futbolçunun milliyə dəvət edəcəyini açıqlamışdı.

Olimpiya oyunları 22 iyul - 8 avqust tarixlərində keçiriləcək. Əgər Salah Misir millisinin heyətinə qatılsa, 2020-21 mövsüm öncəsi hazırlığı və İngiltərə çempionatının ilk turlarının buraxmalı olacaq .





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right