"Təzyiqdən qaçsaydım, poçtda işləyərdim"

"Yuventus"un baş məşqçisi Maurisio Sarri bir neçə uğursuz nəticədən sonra artan təzyiqə görə narahat deyil. O, bunun işin tərkib hissəsi olduğunu söyləyib:

"Təzyiqlərdən uzaq olmaq istəsəydim, poçtda işləyərdim. İşimiz belədi. Mövsümün əvvəlində müəyyənləşdirilən məqsədlərə fokuslanmağa davam edirik. Əlbəttə, bəzən işlər yolunda getməyə bilir, ancaq vəziyyətdən çıxmaq üçün tənzimləmələr aparmalısız".

Son 5 matçın 2-də uduzan "Yuventus" A Seriyasında liderliyi əldən verib. Bu nəticələrdən sonra Sarri əsas tənqid hədəfinə çevrilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right