Kosta "Liverpul"la oyuna hazır olacaq?

"Atletiko"nun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la ilk matça kimi hazır olacaq.

Newsport.az-ın məlumatına görə,  fəqərəarası disk yırtığından müalicə olunan ispan hücumçu artıq komanda ilə ümumi məşqlərə qoşulub.  Onun "Liverpul"a matçda meydana çıxmağa hazır olacağı bildirilib. Baş məşqçisi Dieqo Simeone şans verəcəyi təqdirdə, o, oyunda iştirak edəcək.

Qeyd edək ki, Kosta əməliyyat olunduğu üçün noyabrdan oynamır.

Xatırladaq ki, "Atletiko" - "Liverpul" görüşü fevralın 18-i keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah