Klinsmann istefa verdi

Almaniyanın "Herta" klubunun baş məşqçisi Yürgen Klinsmann istefa verib.

 

Newsport.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, Bundesliqada qalmaq uğrunda mübarizədə birlik və konsentrasiyanın vacib olduğunu qeyd edib və bunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib.

 

Berlin təmsilçisi alman mütəxəssisin qərarına təəccübləndiyini bəyan edib. Komandanı müvəqqəti olaraq Aleksandr Nouri çalışdıracaq.

 

Klinsmann 2019-cu ilin noyabrında "Herta"ya baş məşqçi təyin olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right