Bundesliqanın oyunu təxirə salındı

Almaniya Bundesliqasının 21-ci turunda keçiriləcəyi nəzərdə tutulan "Borrusiya" (Münhenqladbax) - "Köln" matçı təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Təşkilatçılar "Borussiya-Park"da keçirilməsi planlaşdırılan oyunda azarkeşlərin təhlükəsizliyini nəzərə almaqla bu addımı atıb.

Almaniyada yağışlı və küləkli hava hökm sürür.

"Borussiya" Bundesliqanın turnir cədvəlində 39 xalla 4-cü, "Köln" 23 xalla 13-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right